Rusiya prezidenti Vladimir Putin Kremldə Ermənistanın baş naziri Nikol Paşinyanla Qarabağ müzakirə edib.
Defakto.az xəbər verir.
Tərəflər eyni zamanda iqtisadi məsələləri müzakirə ediblər. Putin ölkələr arasında ticarətin intensivləşdiyini qeyd edib.
Qeyd edək ki, Paşinyan Moskvaya KTMT-yə üzv ölkələrin liderlərinin sammitinə gəlib.