Milli Məclisin növbədənkənar sessiyası keçiriləcək | DEFAKTO.AZ Milli Məclisin növbədənkənar sessiyası keçiriləcək – DEFAKTO.AZ

Milli Məclisin növbədənkənar sessiyası keçiriləcək

300

Milli Məclisin növbədənkənar sessiyası keçiriləcək.

Defakto.az “report”a istinadən xəbər verir ki, bununla bağlı yaxın günlərdə deputatlar parlamentin sədrinə müraciət edəcəklər.

Növbədənkənar sessiyanın iyun ayında keçirilməsi planlaşdırılır.

Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, parlamentin 42 deputatının tələbi əsasında Milli Məclisin növbədənkənar sessiyasını çağırılır. Milli Məclisin növbədənkənar sessiyaları dövründə Milli Məclis öz iclaslarını keçirir, komitə və komissiyaların iclasları keçirilir, deputatlar komitə və komissiyaların işində iştirak edirlər.

Qeyd edək ki, parlamentin yaz sessiyası mayın 31-də başa çatır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir