Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli rayonunun sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Defakto.az Trend-ə istinadla xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə ifadə verən şahid Vüsal Niftəliyev bildirib ki, maddi durumu ilə bağlı İmişli rayon İcra Hakimiyyətinə müraciət edib.
“Mənə dedilər ki, sənə 7 min manat yardım ayrılıb. Pulu bankdan çıxaranda Cəmil Musayev küçədə gözləyirdi. Pulu çıxardım, Cəmil 6 min 700 manatı aldı, 300 manat qaldı. Cəmil dedi ki, pulu icra başçısı istəyir”, – şahid bildirib.
Vilyam Hacıyevin vəkili bildirib ki, məhkəmədə 146 şahid dindirilib: “Həmin şahidlərin heç biri təqsirləndirilən şəxs və müdafiə tərəfinin deyil. Zərərçəkmişlərin bəziləri isə bu vaxta qədər prosesə gəlməyiblər. Məhkəmə həmin zərərçəkmişlər və ya onların nümayəndələrinin prosesə gətirilməsini təmin etməlidir”.
Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli rayonunun sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
BAKU.WS Trend-ə istinadla xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə ifadə verən şahid Vüsal Niftəliyev bildirib ki, maddi durumu ilə bağlı İmişli rayon İcra Hakimiyyətinə müraciət edib.