Deputatlar çoxuşaqlı analara sığorta stajının hədiyyə edilməsinə razılıq veriblər | DEFAKTO.AZ Deputatlar çoxuşaqlı analara sığorta stajının hədiyyə edilməsinə razılıq veriblər – DEFAKTO.AZ

Deputatlar çoxuşaqlı analara sığorta stajının hədiyyə edilməsinə razılıq veriblər

230

Çoxuşaqlı qadınlara və sağlamlıq imkanları məhdud uşağı olan analara, uşaqlarını təkbaşına böyüdən atalara 2006-cı ilədək 25 il sığorta stajı hədiyyə ediləcək.

Defakto.az-ın xəbərinə görə, bu, parlamentin bu gün keçirilən iclasında III oxunuşda müzakirəyə çıxarılan “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik layihəsində əksini tapıb.

Dəyişikliyə əsasən, 8-ci maddədə adıkeçən şəxslərə – çoxuşaqlı qadınlara, sağlamlıq imkanları məhdud uşağı olan analara, uşaqlarını təkbaşına böyüdən atalara və qəyyumlara analoji proaktiv pensiya təyinatı mümkün olacaq və onlara da 2006-cı ilədək 25 il sığorta stajı hədiyyə ediləcək.

Qanuna dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq III oxunuşda qəbul olunub.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir