“Nəşriyyatlar can verir, qəzetlər də ölüb” – Deputat | DEFAKTO.AZ “Nəşriyyatlar can verir, qəzetlər də ölüb” – Deputat – DEFAKTO.AZ

“Nəşriyyatlar can verir, qəzetlər də ölüb” – Deputat

216

“Kağızın əlavə dəyər vergisinin götürülməsi ilə bağlı qanun qəbul edildi. Yanvar ayında bu rəsmiləşdirilsə də, Nazirlər Kabineti addım atmayıb”.

Defakto.az  xəbər verir ki, bunu Milli Məclisin bugun keçirilən plenar iclasında deputat Aqil Abbas deyib.

“Nəşriyyatlar can verir, qəzetlər isə can verməkdən də o tərəfə, yoxdur, ölüb. Allaha şükür, qəzet də oxuyan yoxdur, kitab da oxuyan yoxdur. Biz ən az kitab oxuyan ölkəyik. Təkcə saytla 44 günlük Zəfərin təbliğatı effektli olmayacaq”, – deputat çıxışında bildirib.

Spiker Sahibə Qafarova deputatın fikri ilə razılaşmadığını söyləyib:

“Aqil müəllim, hansı statistikada var ki, Azərbaycan ən az kitab oxuyan ölkədir? Mənə elə gəlir ki, bu belə deyil. Kitab oxuyan hər yerdə oxuyur”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir