“Amaliya Pənahova həyatının son günlərində görünüşünü tamam itirmişdi. Yazdılar plastik əməliyyat etdirib. Amma Amaliya xanım həmin xəstəlikdən tamamilə ətini tökmüşdü”.
Defakto.az xəbər verir ki, bu sözləri Xalq artisti Afaq Bəşirqızı “Günün sədası” proqramında deyib. Aktrisa mərhum Xalq artisti Amaliya Pənahovanın xərçəngdən əziyyət çəkməsindən danışıb. Proqramın aparıcısı Nanə Ağamalıyeva A.Bəşirqızının ağır xəstəlikdən əziyyət çəkdiyini deyib.
Verilişdə qonaq olan Xalq artisti Ağadadaş Ağayev A.Bəşirqızının da xərçəngdən əziyyət çəkdiyini, ağır əməliyyatlar keçirdiyini söyləyib.
“Bizim diaqnozumuz eynidir. Bilmirdim ki, ağır əməliyyatlar keçirib”.
“Ən böyük arzum idi ki, Ağadadaş salamat ayağa qalxsın. Biz eyni vaxtda xəstələndir, eyni diaqnoz qoyuldu. Ən böyük arzum idi ki, o, salamat gəlsin və efirə bir çıxaq” deyə, Afaq Bəşirqızı söyləyib.
Qeyd edək ki, xərçəngdən əziyyət çəkən Ağadadaş Ağayev 6 dəfə İstanbulda əməliyyat olunub.
Xərçəngdən əziyyət çəkən Amaliya Pənahova isə 2018-ci ildə vəfat edib.