Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru Həqiqət Qədirova vəzifəsindən azad edilib.
Bu barədə Defakto.az saytına TƏBİB-dən məlumat verilib. Bildirilib ki, TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov bununla bağlı bu gün əmr imzalayıb.
Xəstəxanaya yeni direktor hələ təyin olunmayıb.
Qeyd edək ki, Həqiqət Qədirova 2017-ci ildən Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda direktor vəzifəsində çalışırdı.