Rusiyanın Ukraynada verdiyi son itkilər – YENİ RƏQƏMLƏR | DEFAKTO.AZ Rusiyanın Ukraynada verdiyi son itkilər – YENİ RƏQƏMLƏR – DEFAKTO.AZ

Rusiyanın Ukraynada verdiyi son itkilər – YENİ RƏQƏMLƏR

58

Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və texnikanın sayı açıqlanıb.

Defakto.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib.

Döyüşlər nəticəsində Rusiyanın 21 600-ə yaxın hərbçisi zərərsizləşdirilib.

Bundan başqa, hücum edən tərəfin 854 ədəd tankı, 2 205 ədəd zirehli döyüş maşını, 403 ədəd artilleriya sistemi, 143 ədəd RYAS-i (reaktiv yaylım atəş sistemi), 69 hava hücumundan müdafiə sistemi, 177 ədəd hərbi təyyarəsi, 154 ədəd helikopteri, 1 543 ədəd nəqliyyat vasitəsi, 8 ədəd gəmi/kateri, 76 ədəd yanacaq çəni, 182 ədəd dronu, 27 ədəd xüsusi texnikası və 4 operativ-taktiki raket kompleksi məhv edilib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir