Bazar günü Bakıda 20° isti olacaq | DEFAKTO.AZ Bazar günü Bakıda 20° isti olacaq – DEFAKTO.AZ

Bazar günü Bakıda 20° isti olacaq

42

Bakıda və Abşeron yarımadasında aprelin 24-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 10-13° isti, gündüz 15-20° isti olacaq. Bakıda gecə 11-13° isti, gündüz 18-20° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət 60-65 % olacaq.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə yağıntılı olacağı ehtimalı var.

Gecə və səhər saatlarında duman. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 9-14° isti, gündüz 24-29° isti, dağlarda gecə 0-5° isti, gündüz 12-17° isti olacaq.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir