Vahid Ələkbərov “Lukoyl”dan getməsinin səbəbini açıqlayıb | DEFAKTO.AZ Vahid Ələkbərov “Lukoyl”dan getməsinin səbəbini açıqlayıb – DEFAKTO.AZ

Vahid Ələkbərov “Lukoyl”dan getməsinin səbəbini açıqlayıb

44

“Lukoyl”un daimi prezidenti Vahid Ələkbərovun şirkətdən getməsinə səbəb ona qarşı əvvəllər Böyük Britaniya və Avstraliya tərəfindən tətbiq edilən şəxsi sanksiyalar olub.

Defakto.az xəbər verir ki, o, bu barədə “Rossiya-24” telekanalına müsahibəsində bildirib. 

“Hamı bilir ki, mənə həm Britaniya, həm də Avstraliya şəxsi sanksiyalar tətbiq etdi. Bu, şirkətin inkişafına mane olur. Sanksiyalar “Lukoyl”un özünə aid deyil, onlar şəxsən mənə aiddir. Ona görə də şirkətin fəaliyyətindən uzaqlaşmaq qərarına gəldim. Bu gün nə şirkətin prezidenti, nə idarə heyətinin, nə də direktorlar şurasının üzvüyəm. Ona görə də bu gün şirkət mənimlə heç bir şəkildə bağlı deyil. Mənim səhmlərə nəzarət paketim yoxdur, ona görə də şirkət sakit şəkildə inkişaf edə bilər, – deyə Ələkbərov qeyd edib. 

Ələkbərov əlavə edib ki, Rusiyanı tərk etməyi planlaşdırmır və sosial layihələrlə məşğul olmağa davam edəcək.

Xatırladaq ki, “Lukoyl” aprelin 21-də Ələkbərovun prezidentlikdən və direktorlar şurasından getdiyini elan edib. Mayın 30-da səhmdarlar şirkətin yeni prezidentini seçəcəklər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir