Rusiya “Moskva” kreyserində ölən və itkin düşənlərin sayını açıqladı | DEFAKTO.AZ Rusiya “Moskva” kreyserində ölən və itkin düşənlərin sayını açıqladı – DEFAKTO.AZ

Rusiya “Moskva” kreyserində ölən və itkin düşənlərin sayını açıqladı

46

Rusiyanın “Moskva” kreyserinin aprelin 13-də baş vermiş yanğın nəticəsində 27 ekipaj üzvü itkin düşüb, bir hərbçi həlak olub.

Defakto.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yanğın nəticəsində “Moskva” raket kreyseri döyüş sursatının partlaması nəticəsində ciddi zədələnib:

“Ekipajın yanğını söndürmək cəhdləri nəticə verməyib. Gəmiyə dəyən ziyanla mübarizə zamanı 1 hərbçi həlak olub. Qalan 396 ekipaj üzvü kreyserdən ərazidəki Qara dəniz donanmasının gəmilərinə təxliyə edilib və Sevastopola təhvil verilib”.

Qeyd edək ki, aprelin 13-ü Ukrayna hərbçiləri Rusiyanın “Moskva” kreyserinə “Neptun” raketləri ilə zərbə endirib. Nəticədə kreyserdə partlayış və yanğın baş verib. Ciddi zərər görən gəmi aprelin 14-ü batıb.

Məlumat üçün bildirək ki, “Neptun” raketləri ilə vurulan Rusiyanın “Moskva” kreyseri Ukrayna ilə iki aylıq müharibədə ruslar üçün ən bahalı itki olub. Belə ki, Ukraynaya 26 milyon dollara başa gələn “Neptun” raketlərinin iki məqsədyönlü atışı Rusiyaya 750 milyon dollar itkiyə səbəb olub.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir