Azərbaycan əsilli iş adamı Vahid Ələkbərov “Lukoyl”un direktorlar şurasını və şirkətin rəhbəri vəzifəsini tərk edib.
Bu barədə “RİA Novosti” məlumat yayıb.
Xatırladaq ki, bir müddət öncə Böyük Britaniya Vahid Ələkbərova qarşı sanksiya tətbiq edib.
“Bloomberg Billionaires Index (BBI)” reytinqinin məlumatına əsasən, cari ilin əvvəlindən 71 yaşlı Vahid Ələkbərovun sərvəti 17,4 milyard dollar həcmində azalıb. Dekabr ayında milyarderin sərvəti 26,16 milyard dollar olaraq qiymətləndirilirdi.