Mayda bayramlara görə 6 gün iş olmayacaq
Belə ki, ayın 2, 3-ü Ramazan bayramı müəyyən edilib.
Bundan başqa, 9 May – Faşizm üzərində Qələbə Günü və 28 May Müstəqillik Günü iş günü hesab edilməyən bayram günləridir.
Bu il 28 may həftənin şənbə gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə əsasən, iş və istirahət günlərinin yeri dəyişdiriləcək, 30 may qeyri-iş günü olacaq. Beləliklə, ardıcıl 3 gün iş olmayacaq.