Bu şagirdlərlə bağlı xüsusi siyahı hazırlanacaq | DEFAKTO.AZ Bu şagirdlərlə bağlı xüsusi siyahı hazırlanacaq – DEFAKTO.AZ

Bu şagirdlərlə bağlı xüsusi siyahı hazırlanacaq

268

11-ci sinif buraxılış imtahanlarında 200 baldan yuxarı nəticə göstərənlərin arasında müəyyən şagirdlər var ki, onlar ali məktəblərə sənəd verməyib.

Defakto.az Trend-ə istinadla məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O qeyd edib ki, Dövlət İmtahan Mərkəzi həmin şagirdlərə fərdi yanaşmaq üçün siyahını Təhsil Nazirliyinə təqdim edəcək.

“Çünki o uşaqların nəticələri çox yaxşıdır və öz yaşıdlarından fərqlənirlər. Həmçinin qeyd etmək lazımdır ki, hər il XI sinfi bitirən şagirdlərin təxminən 30 faizə qədəri ümumiyyətlə orta ixtisas məktəblərinə və ya ali məktəbə sənəd vermirlər”, – deyə o əlavə edib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir