Formula-1-in Azərbaycan Qran Prisi üçün tikinti-quraşdırma işlərinə start verilib | DEFAKTO.AZ Formula-1-in Azərbaycan Qran Prisi üçün tikinti-quraşdırma işlərinə start verilib – DEFAKTO.AZ

Formula-1-in Azərbaycan Qran Prisi üçün tikinti-quraşdırma işlərinə start verilib

305

Formula-1-in Azərbaycan Qran Prisi artıq 6-cı dəfədir ki, keçirilir. Yarış 10-12 iyun tarixlərində baş tutacaq. Bakı Şəhər Halqası Əməliyyat Şirkəti Azərbaycan Qran Prisinə hazırlıq çərçivəsində trekin əhatə etdiyi ərazilərdə tikinti-quraşdırma işlərinə 15 aprel gecə saatlarından etibarən start verir.

Bunu Trend-ə müsahibəsində Formula 1 Azərbaycan Qran Prisinin mətbuat katibi Turab Teymurov deyib.

“Yarış zamanı vətəndaşların və sürücülərin təhlükəsizliyini təmin etmək məqsədi ilə istifadə olunan beton blokların quraşdırılması gecə saatlarında həyata keçiriləcək. Tikinti-quraşdırma işləri Xəqani küçəsi və Bülbül prospektinin kəsişməsindən başlayır və bütün yarış trekini əhatə edəcək. Ötən ildən fərqli olaraq, builki yarış tamaşaçıların iştirakı ilə keçiriləcəyi üçün artıq Bulvar ərazisində tribunaların quraşdırılmasına da başlanılır. Həmçinin, Paddok ərazisinin infrastruktur-quraşdırma işlərinə də start verilir. Şəhərin qeyd olunan hissələrində görüləcək olan işləri nəzərə alaraq, vətəndaşlardan avtomobili idarə edərkən daha diqqətli olmaları xahiş olunur.

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti vətəndaşlara tikinti-quraşdırma işləri zamanı göstərdikləri anlayışa görə öncədən təşəkkür edir”, – deyə T.Teymurov əlavə edib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir