Böyük Britaniya Ukraynadakı münaqişəyə görə rusiyalı milyarderlərə qarşı tətbiq etdiyi sanksiyalara yeni adlar daxil edib.
Defakto.az xarici mediaya istinadən xəbər verir ki, siyahıya daha 206 fiziki və hüquqi şəxsin adı əlavə olunub.
“TASS”ın məlumatına görə sözügedən adlar arasında Vahid Ələkbərov, Vladimir Yevtuşenkov, Vladimir Yakunin və Viktor Medvedçuk yer alır.
Qeyd edək ki, V.Ələkbərov Azərbaycan əsilli rusiyalı iş adamıdır.
Onu da qeyd edək ki, əvvəlki siyahıda İqor Seçin, Oleq Deripaska, Aleksey Miller, Nikolay Tokarev, Andrey Kostin, Dmitri Lebedev və Roman Abramoviçin adları var idi.