“Hələ o səviyyədə deyilsiniz” – Vüsalədən onlara cavab | DEFAKTO.AZ “Hələ o səviyyədə deyilsiniz” – Vüsalədən onlara cavab – DEFAKTO.AZ

“Hələ o səviyyədə deyilsiniz” – Vüsalədən onlara cavab

492

Aparıcı Vüsalə Əlizadə son vaxtlar ünvanına deyilən tənqidlərə cavab verib. 

Defakto.az xəbər verir ki, o, “7 Canlı” proqramında ad çəkmədən bunları söyləyib:

“Bəzi ağzıgöyçəklər danışanda həmkarlarımız bir-birinə dəstək olmur. Bizim kanalda məhdudiyyətlər qorunur. Bəzi sənət adamları zəng edirlər ki, bizi çağırmırsınız, kartof təmizləyəni çağırırsınız. Deməli, siz hələ də o səviyyədə deyilsiniz. Bəziləri buna layiqdir. Kanal rəhbəri bilir kimi harda, necə təqdim etmək lazımdır. Mən sadəcə aparıcıyam, qonaqları təyin etmirəm. Siyahı tutmuram, qonaqlar arasında ayrıseçkilik etmirəm. Səlahiyyətli insan deyiləm, sadəcə aparıcıyam və vəzifəmi icra edirəm. Heç kimə qədərindən artıq cavab vermirəmsə, o demək deyil dilim yoxdur”.

Qeyd edək ki, bir neçə gün əvvəl prodüser Mədinə Məlik Vüsalə haqqında tənqidi ifadələr işlətmişdi. Aparıcı-aktyor Sərxan Kərəmoğlu isə V.Əlizadənin ünvanına “Vüsalə Əlizadənin aparıcılığı 40-cı ildə qalıb. Əsl aparıcı sözünü deyə bilmir. Vüsalənin xanımlığını sevirəm. Amma 25 il əvvəl nə danışıbsa, indi də onu deyir. Elə bil qonaq bir söz deyir, o isə başqa məsələdən danışır. Biri var böyük, biri də kiçik kütlənin aparıcısı. İndi tərsinə olub, bunun da sonu qeyri-peşəkarlıq olub” sözlərini söyləyib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir