Prodüser Mədinə Məliklə aparıcı Vüsalə Əlizadə arasında qalmaqal daha da böyüyüb.
Defakto.az axşam.az saytına istinadən xəbər verir ki, proqramda ad çəkmədən “Bəzi sənət adamları zəng edirlər ki, bizi çağırmırsınız, kartof təmizləyəni çağırırsınız. Deməli, siz hələ də o səviyyədə deyilsiniz. Bəziləri buna layiqdir” sözlərini deyən Vüsaləyə Mədinə instaqramda canlı yayımda cavab verib.
O deyib ki, aparıcı ad çəkməsə də sözlərin onun ünvanına olduğunu bilir:
“Ad çək, necə mən ad çəkdim, sən də eynən. Adımı çəkəndən sonra mənə nələr danışmısan hamısını deyəcəm. Əgər sözü ünvanlı deyirsənsə, ad çəkərək de. Mərd ol, cavabını verim. Efirdə “kartof, qazan, səbzi”dən danışırsan. İkincisi, rəhbərliyin adını çəkirsən. Mən hər zaman düz sözü dediyimə görə “qadağa”da olmuşam. Məni qadağa ilə qorxutma. O kanalda ki, məni aparıcı qadağaya qoyacaq… Məni elə şeylə qorxutma.
Səni restoranda aparıcı olan zaman mindirib maşınıma evinə aparmışam. Hansı məqamda sənə dəstək olmuşam deyərəm. İstəmirəm belə ucuzluğa gedim, amma sən məni məcbur edirsən. Zəng edəndə mənə deyirlər köməkçimlə danış, mən də inciyirəm. Sənin ailəni tanıyıram, indi statusunu qaldırıb, deyirsən, köməkçimlə danış. Sənə efir üçün zəng etməmişəm, efir xəstəsi deyiləm. Yetərincə dostlarım var, onların verilişində görünürəm. Reytinqdə onların yanından keçə bilməzsən”.
Mədinə Vüsaləni aralarındakı söhbəti sosial şəbəkədə açıb yazmaqda hədələyib:
“Efirdə deyib ki, guya yalvarmışam verilişə çağır. Demişəm, kartof soyan efirdədi, amma məni çağırmırsan. Əzizim, səndən efir istəməmişəm. Sponsor söhbətinə görə yığdım sənə. İndi özünü təmiz çıxartmaq üçün bunları danışırsan. Gör sən öz qonaqlarını “kartof, səbzi” adlandırırsan. Sözü düşün, sonra danış. İllərdir tanıdığım insanlarla köməkçi vasitəsiylə danışmıram, danışmaram da. Sən kimsən ki, köməkçinlə danışım? Telekanal rəhbərinə zəng edəndə adamla səmimi danışırlar. Sən özünü nə hesab edirsən? Niyə məni danışdırıb, ucuzluğa aparırsan. Mənə toxunma, illərin Mədinəsiyəm. Ucuzluğa getmirəm, getsəm, başqa adamın da adını gərək çəkim. Sənin sözlərin tənqid yox, təhqirdi. Sənə ayıb olsun. Əgər söhbət mənə aid deyildirsə, üzr istəyirəm. Mən təhqirə keçmədim, amma sən etdin. Vüsalə Əlizadə, mən müsahibə vermişəm. Sən isə verilişindən istifadə edərkən mənə xəbər göndərirsən. Kimə atırsan sözü? Mən, Sərxan (aparıcı Sərxan Kərəmoğlu – red.) və sənsən. Kimə deyirsənsə, ad çək.
Köməkçisi ilə danışandan sonra Vüsalə mənə zəng etdi. Qayıtdı ki, məsələ budur. Həmin məsələni isə açıqlamıram. Ona görə də mənə dəyməyin. Görək, bundan sonra nə deyəcəksən. Sən de, mən də telefonda nə danışdığını açıqlayım. Vüsalə ən böyük səhvini onda etdi ki, mənimlə əlaqə qurmadı, köməkçi vasitəsiylə danışdı və ona “Xanım” deməliyəm. Guya, telefon işlətmir. Axı işlədirsən, səhəri gün mənə zəng etdin. Dedin, bu nömrəmi ancaq ailə üzvlərim bilir və səbəbi açıqladın”.