Ukraynanın Sumı vilayəti rus qoşunlarından tamamilə azad edilib.
Defakto.az xəbər verir ki, bu barədə Sumı Vilayət Dövlət Administrasiyasının rəhbəri Dmitri Jiviski bildirib.
O əlavə edib ki, vilayətin ərazisi Rusiya ordusunun azad olunsa da, minalardan təmizlənmə işləri davam edir.
Dmitri Jiviskiyerli əhaliyə xəbərdarlıq edib ki, meşə yollarından istifadə etməsinlər və dağılmış texnikalara yaxınlaşmasınlar.