Tovuz rayonu istiqamətində mövqelərimiz atəşə tutulub.
Bu barədə Defakto.az Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 6-sı axşam saatlarında dövlət sərhədinin Tovuzqala rayonunun Müsürskənd yaşayış məntəqəsində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Tovuz rayonunun Ağdam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub.
Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.