Aİ Azərbaycanla Ermənistana humanitar məsələlərin həllində kömək edəcək | DEFAKTO.AZ Aİ Azərbaycanla Ermənistana humanitar məsələlərin həllində kömək edəcək – DEFAKTO.AZ

Aİ Azərbaycanla Ermənistana humanitar məsələlərin həllində kömək edəcək

308

Avropa İttifaqı Şurası Azərbaycanla Ermənistan arasında bütün həll edilməmiş humanitar məsələlərin aradan qaldırılmasının zəruri olduğunu hesab edir.

Defakto.az xəbər verir ki, bu barədə Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişelin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla ikinci üçtərəfli görüşündən sonra yaydığı bəyanatında bildirilib.

Şarl Mişel hər iki tərəfin etimad və dinc yanaşı yaşayışı təşviq etmək üçün humanitar jestlərinin vacibliyini vurğulayıb.

O, bütün həll edilməmiş humanitar məsələlərin aradan qaldırılmasının zəruriliyini vurğulayıb və Aİ-nin bu səyləri dəstəkləməyə hazır olduğunu bildirib.

Aİ eyni şəkildə Azərbaycan və Ermənistan arasında etimadın möhkəmləndirilməsi tədbirlərini, eləcə də humanitar minatəmizləmə səylərini dəstəkləməyə davam edəcək, o cümlədən ekspert məsləhətlərini vermək və maliyyə yardımını artırmaq, münaqişədə zərər çəkmiş əhaliyə yardım, reabilitasiya və yenidənqurma işlərini davam etdirəcək.

Aprelin 6-da Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşü olub. Görüş Belçika vaxtı ilə saat 19:00 (Bakı vaxtı ilə saat 21:00) başlayıb və 4 saatdan artıq davam edib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir