Ukrayna və Rusiya nümayəndə heyətləri arasında danışıqların növbəti mərhələsi başlayıb.
Defakto.az UNIAN xəbər agentliyinə istinadən məlumatına görə, bunu Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak bildirib.
“Danışıqlar onlayn formatda işçi qruplarının qoşulması ilə davam edir”, – Prezident Ofisinin rəsmisi qeyd edib.