“BMT Azərbaycanın azad edilmiş ərazilərindəki çirklənmiş su ehtiyatlarını təmizləməyə dəstək verə bilər”.
Defakto.az DEFAKTO.az-a istinadla xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev jurnalistlərə açıqlamasında bildirib.
“Biz Oxçuçay problemini həm dünya miqyasında, həm də BMT-nin yerli nümayəndələrilə müzakirə edirik. Birinci mərhələdə çayın çirklənməsini dayandırmağa, daha sonra artıq çirkləndirilmiş sahələri təmizləməyə başlamağa çalışırıq. BMT bu sahədə qabaqcıl təcrübəsini bizimlə bölüşməklə kömək ola bilər. Müzakirələrimiz bununla bağlıdır”, – deyə nazir vurğulayıb.