Ramiz Mehdiyev AMEA-ya gəldi — İclas keçirir | DEFAKTO.AZ Ramiz Mehdiyev AMEA-ya gəldi — İclas keçirir – DEFAKTO.AZ

Ramiz Mehdiyev AMEA-ya gəldi — İclas keçirir

57

AMEA prezidenti vəzifəsini icra edən Arif Həşimovun köməkçisi Nuray Nuruzadə “Unikal”a açıqlamasında bildirib ki, A.Həşimov hazırda iclasdadır:

“Arif müəllim saat 3-də digər bir iclasa da qatılacaq”.

Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti Ramiz Mehdiyev bu gün saat 12-də AMEA-ya gəlib.

“Unikal”ın əldə etdiyi məlumata görə, o, hazırda akademiyanın prezidenti vəzifəsini icra edən Arif Həşimovla və akademiyanın digər bir neçə əməkdaşı ilə AMEA prezidentinin kabinetindədirlər.

Qeyd edək ki, R.Mehdiyev ötən ay AMEA prezidenti vəzifəsindən istefa verib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir