Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiyaya səfər edib.
Defakto.az xəbər verir ki, bu barədə Türkiyənin xarici siyasət idarəsinin rəhbəri tviter hesabında bildirib.
“Antalya forumundan sonra Ukrayna böhranını həll etmək üçün diplomatik fəaliyyətimizi davam etdirmək məqsədilə Moskvadayıq”, – Çavuşoğlu sosial şəbəkədə yazıb.
Qeyd edək ki, bu gün Moskvada Rusiya və Türkiyə xarici işlər nazirləri Sergey Lavrovla Mövlud Çavuşoğlu arasında görüş olacaq.