Hökumət sabah Milli Məclisə hesabat verəcək | DEFAKTO.AZ Hökumət sabah Milli Məclisə hesabat verəcək – DEFAKTO.AZ

Hökumət sabah Milli Məclisə hesabat verəcək

82

Martın 15-də Milli Məclisin plenar iclası keçirləcək.

Defakto.az xəbər verir ki, bu barədə Milli Məclisdən bildirilib.

Məlumata görə, sabah keçirləcək iclasın gündəliyinə bir məsələ daxildir. Belə ki, sabahkı iclasda Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatı dinləniləcək.

Hesabatı Baş nazir Əli Əsədovun təqdim edəcəyi gözlənilir. İclasda nazirlik və komitələrin rəhbərləinin iştirakı da nəzərdə tutulub.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir