“Pensiyaçılara verilən birdəfəlik maddi yardımlar gələcəkdə pensiyanın tərkibində hesablanacaq”.
Defakto.az “report”a istinadən xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədr müavini Zəka Mirzəyev “Sosial saat”da deyib.
O bildirib ki, qulluq stajına görə əlavələrlə pensiya təyin edilən şəxslərə gələcəkdə veriləcək artımlar yeni qaydada hesablanacaq:
“Hərbçilərin pensiya məbləğində vəzifə maaşı müəyyən məbləği təşkil edir. Ötən ilin sonlarında müvafiq sərəncamla hərbi rütbəli şəxslərin vəzifə maaşlarına 20% məbləğində əlavə edilib. Hesablama göstərirdi ki, bu da onların əmək pensiyalarının artımının 9,2% məbləğində olması idi. Ancaq yeni sərəncamla olacaq maddi yardım isə 10% təşkil edir. Hətta bu hər kəsin əmək pensiyasının 10% məbləğindədir”.
Z.Mirzəyev əlavə edib ki, pensiyaçının vəzifə maaşlarında artım məfhumu yoxdur: “Hərbi qulluqçunun vəzifə maaşında artım ola bilər. Pensiyaçı olan dövlət qulluqçusunun vəzifə maaşı ola bilməz”.