Rusiyanın Ukraynaya irəli sürdüyü 6 tələb üzə çıxıb.
Defakto.az xəbər verir ki, həmin tələbləri zn.ua etibarlı diplomatik mənbələrdən əldə etdiyi məlumata əsasən dərc edib. Belə ki, Rusiya Ukraynadan tələb edir:
– NATO-ya daxil olmaqdan imtina. Ukraynanın neytral statusu.
– Rus dili ikinci dövlət dili elan olunacaq. Onu pozan bütün qanunların ləğvi.
– Krımın Ukrayna tərəfindən Rusiya ərazisi kimi tanınması.
– Qondarma DXR və LXR-in müstəqilliyinin Ukrayna tərəfindən tanınması.
– Denazifikasiya. Ultra-millətçi, nasist və neonasist partiyaların və ictimai təşkilatların fəaliyyətinin qadağan edilməsi, nasistlərin və neonasistlərin tərənnümü ilə bağlı mövcud qanunların ləğvi.
– Ukraynanın demilitarizasiyası. İstənilən növ hücum silahlarından tamamilə imtina.