Müdafiə Nazirliyinin daha bir sabiq idarə rəisi SAXLANILDI | DEFAKTO.AZ Müdafiə Nazirliyinin daha bir sabiq idarə rəisi SAXLANILDI – DEFAKTO.AZ

Müdafiə Nazirliyinin daha bir sabiq idarə rəisi SAXLANILDI

59

Müdafiə Nazirliyinin daha bir sabiq vəzifəli şəxsi saxlanılıb.

Defakto.az Qafqazinfo-ya istinadla məlumatına görə, nazirliyin Mənzil İstismar İdarəsinin sabiq rəisi Fikrət Mirzəyev dünən keçirilən əməliyyatla tutulub.

O, xüsusilə külli miqdarda mənimsəmədə təqsirləndirilir. F.Mirzəyevə qarşı Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə ittiham irəli sürülüb.

Polkovnik Fikrət Mirzəyev 2020-ci il iyun ayında MN-dəki vəzifəsindən çıxarılıb.

Qeyd edək ki, son günlər DTX Müdafiə Nazirliyində baş verən yeyintilərlə bağlı yüksək vəzifə tutmuş şəxslərin həbsi ilə nəticələnən əməliyyatlar keçirib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir