“Dünyada nələr baş veririk, görürük… Ukrayna kimi böyük dövlətin başına hansı oyunları açdılar… Azərbaycanın Vətən müharibəsində qələbəsinə, suverenliyinə dil uzadanlar var. Müharibədə yanlış addım atsaydıq, Azərbaycanı sanksiyalara məruz qoyardılar. Onsuz da uğurlarımıza sevinmirlər”.
Defakto.az Demokrat.az saytına istinadən xəbər verir ki, bunu Milli Məclisin sədr müavini Adil Əliyev bildirib.
“Həqiqəti dərk etməliyik, elə geosiyasi ərazidə yerləşirik ki… Avropanın mərkəzində deyilik. Halbuki Avropaya yaxın dövlətin arxasında kimlər dayanırdı, kimlər hansı bəyanatı verirdi, amma bu gün şahidi olduq ki, heç kəs onlara dəstək göstərmədi. Əgər Avropaya yaxın dövlətə dəstək vermədilərsə, bizə kömək edəcəkdilər?! Sağ olsun Türkiyə dövləti, müharibədə bizə dəstək verdi” – A.Əliyev qeyd edib.