“Rusiya prezidenti Vladimir Putin heç vaxt Ukraynanı ələ keçirə bilməyəcək”.
Defokto.az UNIAN-a istinadla xəbər verir ki, ABŞ prezidenti Co Bayden bu barədə əminliklə deyib.
“Ukrayna heç vaxt Putin tərəfindən tutulmayacaq. O, bir şəhəri tuta bilər, amma bütün ölkəni tuta bilməz”.
Eyni zamanda Bayden ABŞ Konqresini Ukraynaya dəstək üçün 12 milyard dollarlıq paket qəbul etməyə çağırıb.
Bundan əvvəl ABŞ-ın Rusiyadan neft və qaz idxalına qadağa qoyduğunu elan edib.