Milli Məclisin deputatları ənənəvi qaydada seçicilərin qəbuluna başlayıblar.
Defakto.az xəbər verir ki, pandemiya ilə əlaqədar Milli Məclis üzvləri təmsil olunduqları dairələrin seçiciləri ilə daha çox onlayn görüşlər keçirirdilər.
Son vaxtlar Azərbaycanda gündəlik yoluxma sayının kəskin azalması ilə əlaqədar deputatların qəbulları da pandemiyadan əvvəlki qaydada davam etdirilir. Artıq bir neçə deputat ənənəvi formatda qəbul keçirəcəyini elan edib.
Qeyd edək ki, deputatlarla yanaşı digər dövlət rəsmilərinin də regionlarda ənənəvi vətəndaş qəbulları bərpa olunub.