“Ukraynadakı əməliyyatın müddətini Putin müəyyən edəcək” | DEFAKTO.AZ “Ukraynadakı əməliyyatın müddətini Putin müəyyən edəcək” – DEFAKTO.AZ

“Ukraynadakı əməliyyatın müddətini Putin müəyyən edəcək”

89

Kreml Ukraynadakı vəziyyətlə bağlı ilk açıqlama yayıb.

Defakto.az “TASS”a istinadən xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiyanın Ukraynaya hücumunu hansı şərtlər çərçivəsində dayandıracağını şərh edib.

“Əməliyyatın öz məqsədləri var və bu məqsədlərə çatmaq lazımdır. Rusiyanın Ukraynadakı əməliyyatın müddətini Prezident müəyyənləşdirəcək”, – deyə Peskov bildirib.

Onun sözlərinə görə, Rusiyanın hərbi əməliyyatının məqsədi Ukraynanın silahsızlaşdırılması və denazifikasiyasıdır (nasizmdən təmizlənmə – red.).

O, həmçinin Putin və Zelenski arasında danışıqların mümkün olacağını istisna etməyib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir