Araşdırmaçı jurnalist Samir Feyruzov sabiq deputat Elton Məmmədovun oğlu Aynar Məmmədovun növbəti biabırçı hərəkətləri ilə bağlı maraqlı status paylaşıb.
Defakto.az demokrat.az istinadən xəbər verir ki, sözügedən statusda Aynar Məmmədovun Azərbaycanın görkəmli və tarixi şəxslərini ələ salması barədə faktlar yer alıb.
Samir Feyruzovun həmin fikirlərini oxuculara təqdim edirik:
“Fotoda üstünə qırmızı işarə qoyduğum şəxs Aynar Məmmədovdur. Keçmiş Nəqliyyat naziri, “asfaltyeyən” Ziya Məmmədovun qardaşı oğludur. Atası Elton Məmmədov da sabiq deputatdır. Deməli, bu cavan oğlan Azərbaycan dahilərinin fotosunda boş qalmış yerə özünü dürtüşdürüb və İnstaqramda yazıb ki, “Yenə də yığışmışıq…”.
İndi bu başqa məsələdir ki, Abdulla Şaiq, Cəfər Cabbarlı ayaq üstündədir, amma Aynar əkə oturub. Yazıq Mirzə Cəlil küncə sıxılıb. Bəlkə də ortada oturmağa həya edib. Amma bu gün bir korrupsionerin balasının iştahına baxın… Adam öz aləmində satirik nəsə hazırlamaq istəyib, amma alınmayıb, bu da ayı əti deyil ki…
Hər halda Aynar əkə anlamalıdır ki, o boş qalmış yerdə oturmağa bəlkə də Azərbaycan ədəbiyyatı elə bir nəhəng yetişdirməyib. Lakin qanmaq haqdandır ki, o sırada sən yox ha, heç sənin atanın oturmağa haqqı yoxdur. Uzağı qarşılarındakı masanın tozunu ala bilərdi”.
Qeyd edək ki, Aynar Məmmədov mütəmadi olaraq qalmaqallı hərəkətləri və harın həyat tərzi ilə gündəmə gəlir.