Nazir sürücülərin etirazına görə şöbə rəisini işdən çıxartdı | DEFAKTO.AZ Nazir sürücülərin etirazına görə şöbə rəisini işdən çıxartdı – DEFAKTO.AZ

Nazir sürücülərin etirazına görə şöbə rəisini işdən çıxartdı

57

Bakıda yük maşınlarının etiraz edərək yolu bağlamasına görə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin şöbə rəisi işdən çıxarılıb.

Defakto.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bununla bağlı rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev iclas keçirib.

Nazir baş verən hadisə ilə bağlı araşdırma qrupu yaradıb. Rəşad Nəbiyev insidentə görə AYNA-nın sədri Anar Rzayevə xəbərdarlıq edib, qurumun daşımaların tənzimlənməsi şöbəsinin müdiri Malik Lətif oğlu Əliyevi isə vəzifəsindən uzaqlaşdırıb.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir