Rəqsanənin açıq-saçıq klipi müzakirələrə səbəb oldu – FOTO/VİDEO | DEFAKTO.AZ Rəqsanənin açıq-saçıq klipi müzakirələrə səbəb oldu – FOTO/VİDEO – DEFAKTO.AZ

Rəqsanənin açıq-saçıq klipi müzakirələrə səbəb oldu – FOTO/VİDEO

292

Müğənni Rəqsanə İsmayılova yeni klip təqdim edib.

Defakto.az xəbər verir ki, sənətçi “Fani” adlı yeni mahnısını ekranlaşdıraraq musiqisevərlərin ixtiyarına verib.

İfaçının kopmozisiyasının söz və musiqisi Elçin Məhərrəmova aiddir. Mahnının aranjimanını İlkin Həsən edib. Klip yayımlandığı andan daha çox açıq-saçıqlığı ilə diqqət çəkib. Ekran işinin bəzi kadrlarında İsmayılovanın vannada olan görüntüləri yer alıb. 

Bir çox sosial platfromalarda paylaşılan klip istifadəçilərin müzakirələrinə səbəb olub.

Ekran işinin rejissorluğu Anar Hüseynova həvalə edilib. “Fani” adlı klip İsmayılovanın şəxsi yutub kanalına yerləşdirilib. 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir