Qara maska taxanlara “qara” xəbər: “Qoruyucu özəlliyi yoxdur, dəridə qıcıqlanmaya və ekzemaya səbəb olur” | DEFAKTO.AZ Qara maska taxanlara “qara” xəbər: “Qoruyucu özəlliyi yoxdur, dəridə qıcıqlanmaya və ekzemaya səbəb olur” – DEFAKTO.AZ

Qara maska taxanlara “qara” xəbər: “Qoruyucu özəlliyi yoxdur, dəridə qıcıqlanmaya və ekzemaya səbəb olur”

286

Türkiyəli dermatoloq-həkim Hamza Aktaş pandemiyada istifadəsi artan qara maskaların qoruyucu özəlliyinin olmadığını, mayeni əmərək dəridə qıcıqlanmaya və ekzemaya səbəb olacağını deyərək, insanlara xəbərdarlıq edib:
Qara maska
Qara maskalarla bağlı mütəxəssislərin xəbərdarlıqları hələ də davam edir. Amma yenə də hava istisi ilə yanaşı, günəş şüalarını ən çox özünə çəkən rəng olaraq bilinən qara parçalı maskalar bir çox insanın seçimidir.“Maska səbəbi ilə dərinin daha çox isinməsi qıcıqlanmaya səbəb ola bilər”
Dermatoloq pandemiya günlərində maska taxmağın önəmli olduğunu desə də, yay aylarında bunun o qədər də asan olmadığını bildirib. O bu havalarda qara maska taxanlara xəbərdarlıq edib. Aktaş, “Qara rəngli parçalar günəş işığını daha çox çəkir və lazım olduğundan artıq miqdarda mayeni özündə toplayır. Bu da maska altındakı dərinin daha çox isinməsinə və qıcıqlanmasına səbəb ola bilir. Həmçinin, maskanın parçası da çox önəmlidir. Təmiz bir parça deyilsə, tərləməklə bərabər o parçanın da dəriyə təması ilə birlikdə bir çox reaksiyalar ortya çıxa bilər.
“Yağlı dərilərdə sızanaqlara yol açır”
Aktaş, qara maskanın sızanaqlara səbəb olduğunu qeyd edib: “Maska taxmaqla bağlı diqqətli olmaq lazımdır. Qara maska yerinə klassik maskalardan istifadə etmək daha düzgündür. Ən azından cərrahi maskaların nə qədər qoruyucu olduğunu da bilirik. Onlar belə, çox uzun müddət qaldıqda tərlədib allergik reaksiyalara, ya da ekzemaya yol aça bilər. Amma ən azından içini tam olaraq bilmədiyimiz qara parçalardan istehsal edilən maskalar qədər mənfi təsirli deyil. İnsanlar çox diqqətli olmalıdır. Maska mütləq taxılmalı, sosial məsafə qorunmalı amma doğru maska taxılmalıdır. Mümkünsə bir dəfə istifadə edilməlidir. Hər dəfə eyni maskanı taxmaq dəridə problemlərə səbəb olur. Qapalı və oksigensiz qalaraq istinin təsiri ilə bakteriyalar daha da arta bilir. Həssas dəridə infeksiyalara səbəb olur”.
“Qara maskanın heç bir qoruyuculuğu yoxdur”
Həkim prof. Mustafa Kemal Çelen də qara maskanın qoruyuculuğunun olmadığını deyib.Çelen, “Düzdür, cərrahi maskalar görünüşcə digərindən fərqlənsə də qoruyucu xüsusiyyəti 95-96 faizdir. Dərhal, sənaye əsasən qara rəngli və yuyulub yenidən istifadə edilə bilən parça maskaları istehsal etdi. Bu cür maskalar daha gözəl görünən aksesuar halına gəldi. Amma qoruyucu deyil. Heç bir qoruyucu özəlliyi yoxdur. Hətta 10 faiz belə qoruyucu xüsusiyyəti yoxdur. Buna görə də qara və digər rəngli maskalar bizim düzgün maska istifadə etdiyimizi demir. Pandemiya zamanında düzgün maskadan istifadə edilməlidir. Doğru maska cərrahi maska olaraq adlandırdığımız və üst hissəsində dəmir teli olan, burun formasınına uyğun hala gələn maskalardır. Tez-tez yuyula bilən qara maskalardan uzaq durun. Buna görə də bütün həkimlər qara və ya digər parça maskaların çox təsirli olmadığı mövzusunda həmfikirdirlər”. (Medicina.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir