Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın NATO-nun Baş katibi Yens Stoltenberqlə telefon söhbəti olub.
DEFAKTO.az-nın yerli bürosunun Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə əlaqələr şöbəsinə istinadla verdiyi xəbərə görə, telefon söhbətində Şərqi Aralıq dənizilə bağlı son hadisələr müzakirə olunub.
R.T.Ərdoğan Türkiyənin mənafeyinin hər yerdə və hər zaman sonadək qorunacağını vurğulayıb. Prezident bildirib ki, Şərqi Aralıq Dənizi məsələsində Türkiyə bütün ölkələrin qazanacağı ədalətli həll yolunun və sağlam dialoqun tərəfdarıdır.
R.T.Ərdoğan Y.Stoltenberqə deyib ki, beynəlxalq hüquqa zidd və regional sülhə zərər verən birtərəfli mövqelərə qarşı NATO-nun üzərinə düşən vəzifənin yerinə yetirilməsini gözləyir.
Y.Stoltenberq isə qeyd edib ki, Şərqi Aralıq Dənizi məsəsləsi NATO-nun həmrəylik ruhunda həll edilməlidir.
“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Şərqi Aralıq dənizindəki vəziyyət, insidentlərin və qəzaların qarşısını almaq üçün münaqişələrin həlli mexanizmlərinin araşdırılması barədə danışdım. Dialoq və de-eskalasiya vacibdir. Bu situasiya NATO-nun həmrəylik ruhunda həll edilməlidir”, – deyə NATO-nun Baş katibi vurğulayıb.
Siyasət
Türkiyə Prezidenti NATO-nun Baş katibi ilə Şərqi Aralıq dənizindən danışıb
By DEFAKTOAvq 29, 2020, 09:39 səhər
268
Previous Post“Valideynlər onlayn dərsləri seçə bilərlər” - Təhsil naziri
Next PostDərs ili kim üçün nə vaxt başlayacaq: bağçalar, məktəblər, ali məktəblər - DƏQİQ İNFOQRAFİKA