“Şagirdlər və ya onların valideynləri (digər qanuni nümayəndələri) məktəblərə dəvət edilməli və bütün siniflər üzrə dərsliklərin sentyabrın 4-dək şagirdlərə çatdırılması təmin olunmalıdır”.
Bu barədə Təhsil nazirinin müavini Məhəbbət Vəliyevanın Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinə, bütün rayon (şəhər) təhsil şöbələrinə (idarələrinə), ərazi maliyyə hesablaşma mərkəzlərinə ünvanladığı məktubda qeyd edilib.
Məktubda bildirilib ki, dərsliklərin qəbulu və şagirdlərə paylanması xüsusi karantin rejiminin qaydalarına uyğun olaraq müəyyən edilmiş növbəli qrafik üzrə və sanitar-epidemioloji qaydalara ciddi riayət edilməklə (sosial məsafənin gözlənilməsi, kitabları təhvil verən və qəbul edən şəxslərin tibbi maskadan və əlcəklərdən istifadə etməsi, otaqları mütəmadi havalandırılması və s.) həyata keçirilməlidir.
Təhsil
Təhsil Nazirliyi dərsliklərin şagirdlərə paylanılması qaydasını açıqlayıb
By DEFAKTOAvq 28, 2020, 19:41 axşam
301
Previous PostDərs ili kim üçün nə vaxt başlayacaq: bağçalar, məktəblər, ali məktəblər - DƏQİQ İNFOQRAFİKA
Next PostAvropa Birliyi Türkiyəyə sanksiya tətbiq edəcək