Avropa Birliyi Türkiyəyə qarşı sanksiya tətbiq etməyə hazırlaşır.
DEFAKTO.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “qoca qitə”nin diplomatiya rəhbəri Jozep Borrel açıqlama verib.
“Avropa Birliyində Türkiyənin addımları məyus doğurur. Ona görə, Şura qanunsuz qazma işlərinə görə Kipr hakimiyyətinin təklif etdiyi şəxsləri sansksiya siyahısına salmağı düşünür”.
O, Ankaranın Şərqi Aralıq dənizində Kipr və Yunanıstanla mübahisəli ərazidə qazma işləri aparamağı dayandırmayacağı təqdirdə 24 sentyabrda Avropa Birliyinin sammitində ona qarşı sanksiya tətbiq olunacağını vurğulayıb.
Previous PostTəhsil Nazirliyi dərsliklərin şagirdlərə paylanılması qaydasını açıqlayıb
Next Post"Ermənistan hazırda regionda elə bir ölkə deyil ki..."