Hakim Yeni Azərbaycan Partiyasındakı (YAP) dünənki dəyişiklik mətbuatın diqqət kəsildiyi mövzulardan biri oldu.
Söhbət YAP-ın yerli təşkilatlarının sədrlərilə bağlı dəyişikliklərdən gedir. Belə ki, hakim partiyanın İdarə Heyəti yanvarın 28-də keçirdiyi iclasda 64 rayon və şəhər təşkilatına yeni sədr təyin edib.
YAP Nizamnaməsinə əsasən, partiya strukturunda vəzifə tutan şəxs digər vəzifə daşıya bilməz.
YAP-dakı yeniliklər gündəmdəykən, Defakto.az maraqlı bir məlumatı təqdim edir.
Məmurların və məşhurların övladları haqqında bilgilər ictimaiyyətə də həmişə maraqlı gəlib – onlar kimdirlər, harda çalışır, nə işlərlə məşğuldurlar…
Məlumdur ki, hazırda yüksək vəzifə tutan məmurların əksəriyyənin övladları hakim partiyanın üzvüdürlər. Onlardan bəziləri isə partiya strukturlarında vəzifə də daşıyırlar.
Belə vəzifəli şəxslərdən biri də Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevdir.
SOCAR prezidentinin özü və qızı YAP-ın Nizami rayon təşkilatın üzvüdürlər.
Rövnəq Abdullayevin qızı Sevinc Abdullayeva həm də YAP-ın Nizami rayon təşkilatında Gənclər Birliyinin sədri postunu tutur. Qeyd edək ki, bu yeni təyinat deyil.
1992-ci il təvəllüdlü Sevinc xanım 2013-cü ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib, evlidir.
YAP-dakı vəzifəsilə yanaşı o, həm də “Qayğı” Sağlam Nəsil Naminə İctimai Təşkilatın sədridir.
Qeyd edək ki, SOCAR prezidentinin digər övladının – oğlu Rəşad Abdullayevin Türkiyədə yaşadığı, bizneslə məşğul olduğu bildirilir.
Previous PostAzərbaycanda bu sahələrdə qapanmalar ola bilər - Fevralın 15-dən - AÇIQLAMA
Next PostGecə klubundakı davanın detalları açıqlandı