Tağıyevin heykəlini zədələyənlərlə bağlı yeni qərar – Həbs edildilər | DEFAKTO.AZ Tağıyevin heykəlini zədələyənlərlə bağlı yeni qərar – Həbs edildilər – DEFAKTO.AZ

Tağıyevin heykəlini zədələyənlərlə bağlı yeni qərar – Həbs edildilər

112

Paytaxtın Səbail rayonunda Hacı Zeynəlabdin Tağıyevin heykəlinə zərər vuran şəxslər barəsində məhkəmə qərarı olub. 

DİN Mətbuat xidmətindən verilən məlumata görə, əməli törətməkdə təqsirləndirilən şəxslər – 1991-ci il təvəllüdlü Vüqar Tağızadə, 1996-cı il təvəllüdlü Allahverdi Məmmədli barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə 2 aylıq aylıq həbs qətimkan tədbiri seçilib.

Səbail RPİ İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221-cü (Xuliqanlıq) və 246-cı (Tarix və mədəniyyət abidələrini qəsdən məhv etmə və ya korlama) maddələri ilə istintaq hərəkətləri davam etdirilir. İstintaqın yekununda toplanmış materiallar baxılması üçün məhkəməyə göndəriləcək. /musavat.com/




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir