Qətərlə viza rejiminin ləğvi barədə qanun təsdiqləndi | DEFAKTO.AZ Qətərlə viza rejiminin ləğvi barədə qanun təsdiqləndi – DEFAKTO.AZ

Qətərlə viza rejiminin ləğvi barədə qanun təsdiqləndi

187

“Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında ümumvətəndaş pasportlarına malik şəxslərin viza tələbindən azad edilməsi haqqında” Saziş təsdiq edilib.

Defakto.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı qanunu imzalayıb.

Xatırladaq ki, “Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında ümumvətəndaş pasportlarına malik şəxslərin viza tələbindən azad edilməsi haqqında” Sazişi 2021-ci il oktyabrın 18-də Bakı şəhərində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Qətərin Baş nazirinin müavini və xarici işlər naziri şeyx Məhəmməd bin Əbdülrəhman Al-Tani imzalamışdı.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir