Heydərovun 48 yaşında diplom alaraq general və nazir müavini olan sürücüsü Məmmədov KİMDİR? – FOTO | DEFAKTO.AZ Heydərovun 48 yaşında diplom alaraq general və nazir müavini olan sürücüsü Məmmədov KİMDİR? – FOTO – DEFAKTO.AZ

Heydərovun 48 yaşında diplom alaraq general və nazir müavini olan sürücüsü Məmmədov KİMDİR? – FOTO

283

Vəzifəsindən kənarlaşdırılan Fövqəladə Hallar nazirinin müavini, general-leytenant Nizami Məmmədov 48 yaşında diplom alıbmış.

Defakto.az guninfo.az saytına istinadən xəbər verir ki, bu barədə general-leytenantın tərcümeyi-halında qeyd edilib.

Nazim Məmmədov 1951-ci ildə anadan olub. 1999-cu ildə isə Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin hüquq fakultəsini bitirib. 1999-cu ildə general-leytenantın 48 yaşı olub. Onun bundan əvvəl hansısa ali məktəbi bitirməsi barədə tərcümeyi-halında hər hansı qeyd yoxdur. Bildirək ki, “Təfəkkür” Universitetinin dilomları qanunla tanınmayıb. Bu şəxs necə ola blər ki, tanınmayan universitet diplomu ilə general olub.!? həmçinin bildirək ki, bu gün də saxta diplomlarla həm Dövlət Gömrük Komitəsində həm də FHN-də onlarla vəzifəli şəxsər var. Bir general nedir ki…

İşdən çıxarılan general haqda maraqlı məlumatlar - 48 yaşında diplom alıb...

Əslində Nazim Məmmədov adı çəkilən universiteti 1999-cu ildə bitirməsinə bamayaraq, 1995-ci ildən Dövlət Gömrük Komitəsində çalışıb. Həmin vaxt qurumun sədri indiki Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov olub. Deyə bilərik ki, həmin illərdə K. Heydərov özü də ali təhsil almaqda idi.

Bütün bunlardan sonra 2007-ci ildə isə Nazim Məmmədov DGK sədrinin müavini təyin olub və general-leytenant rütbəsi alıb.

Mediada gedən məlumatlara görə, Nazim Məmmədov vaxtilə Kəmaləddin Heydərovun sürücüsü olub. Onun baytarlıq işçisi olduğu barədə məlumatlar da var. Bütün bunlara rəğmən Heydərov illərlə sadiq sürücüsün general edərək müavin postuna qədər yüksəldə bilib. Onu da deyək ki, Kamaləddin Heydərovun, Nazim Məmmədov kimi onlarla”tarixi əsər”ləri bu gün də FH-də və gömrük komitəsində “sərgi”lənməkdədir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir