Bakıda “İçərişəhər” metrostansiyasının çıxışında qoyulan Hacı Zeynalabdin Tağıyevin heykəlini zədələyərək dəmirdən təsbehi qıran gənclər bu gün məhkəməyə çıxarılacaq.
Defakto.az xəbər verir ki, istintaq orqanı hadisəni törətməkdə şübhəli bilinən– 1991-ci il təvəllüdlü Vüqar Tağızadə və 1996-cı il təvəllüdlü Allahverdi Məmmədli barəsində həbs qətimkan tədbiri seçilməsi üçün təqdimat verib.
Bu gün Səbail rayon məhkəməsində onların barəsində qərar veriləcək.
Qeyd edək ki, hər iki şəxs Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 246-cı (Tarix və mədəniyyət abidələrini qəsdən məhv etmə və ya korlama) maddələri ilə ittiham edilir.