Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Hacı Zeynalabdin Tağıyevin Bakıda ucaldılan abidəsinin açılışında iştirak edib.
Defakto.az xəbər verir ki, dövlət başçısı açılışdan sonra çıxış edib. Prezident çıxışını Filarmoniya bağında edib. İlham Əliyev bu addımını belə izah edib:
“Bir neçə dəqiqə bundan əvvəl Zeynalabdin Tağıyevin abidəsinin açılışını qeyd etdik. Abidə metronun girişinə yaxın olduğuna görə insanlara problem yaratmamaq üçün mən əziz xalqımı bu münasibətlə buradan təbrik edirəm”.