Azərbaycan dilinin sonuncu orfoqrafiya lüğətindən “hörümçək” sözü çıxarılıb.
Defakto.az xəbər verir ki, bu barədə tanınmış jurnalist Qulu Məhərrəmli məlumat paylaşıb.
O bildirib ki, “hörümçək” sözünün əvəzinə lüğətə “spayder” sözü salınıb.
“İki akademikin (Möhsün Nağısoylu və İsa Həbibbəyli) başında turp əkdiyi orfoqrafiya lüğətinin qüsuru təkcə “hörümçək” olsaydı, bizim nə dərdimiz…”, – Q.Məhərrəmli qeyd edib.
Əlavə edək ki, “hörümçək” sözü lüğətdən çıxarılsa da, bu sözdən yaranan “hörümçəkkimilər”, “hörümçəyəbənzər”, “hörümçəyəoxşar” sözləri saxlanılıb.
Qeyd edək ki, 2021-ci ildə “Elm” nəşriyyatında çapdan çıxan lüğətə 90 minə yaxın söz daxil edilib. Lüğətin elmi redaktoru AMEA-nın həqiqi üzvü Möhsün Nağısoyludur.