Azərbaycanda yayılan yeni ştamla bağlı XƏBƏRDARLIQ: Yoluxuculuğu yüksəkdir | DEFAKTO.AZ Azərbaycanda yayılan yeni ştamla bağlı XƏBƏRDARLIQ: Yoluxuculuğu yüksəkdir – DEFAKTO.AZ

Azərbaycanda yayılan yeni ştamla bağlı XƏBƏRDARLIQ: Yoluxuculuğu yüksəkdir

41

“Koronavirus infeksiyasının “omicron” variantı ilə yoluxma üçün inkubasiya dövrü sələfləri ilə müqayisədə nəzərəçarpacaq dərəcədə qısadır (əsasən, 1-3 gün). Həmçinin yeni ştammın yoluxuculuğu yüksəkdir”.

Defakto.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.

O əlavə edib ki, artıq bir sıra ölkələrdə “delta” ştammını sıxışdıraraq qısa müddət ərzində dominant ştamma çevrildiyi müşahidə olunur: “Sürətlə yayılan “omicron” ştammı əksər hallarda daha yüngül keçir, əvvəlki ştamlarla müqayisədə ağır pnevmoniyanın inkişafı daha az rast gəlir, proses əsasən yuxarı tənəffüs yollarında yerləşir.

Koronavirusun “omicron” variantında yoluxduruculuq, yəni aşkar edilməsi dövrü daha qısadır. Buna əsasən, karantin dövrü bəzi ölkələrdə xəstəliyin formasından asılı olaraq 5-7-9 günədək qısaldılıb.

Başqa mutasiyalardan fərqli olaraq, sağalma əksər hallarda daha tez baş verir. “Omicron” və təkrar xəstələnmə hallarından mövcud immuniteti (xəstələnmə və ya vaksinasiya nəticəsində əldə edilmiş) güclü olan şəxslər daha çox yayına bilir. Həmçinin tam vaksin olunmuşların xəstələnməsi hallarına daha az rast gəlinir (qorunmaq səviyyəsinin artırılması üçün buster doza tələb olunur)”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir