Qazi gərək bir qədər abırlı-həyalı ola, ağır oturub batman gələ… – POLKOVNİKDƏN ETİRAZ | DEFAKTO.AZ Qazi gərək bir qədər abırlı-həyalı ola, ağır oturub batman gələ… – POLKOVNİKDƏN ETİRAZ – DEFAKTO.AZ

Qazi gərək bir qədər abırlı-həyalı ola, ağır oturub batman gələ… – POLKOVNİKDƏN ETİRAZ

9

“Medal mənimdir, ondan nə cür istəsəm elə istifadə edərəm”, – ifadəsi olduqca yanlışdır.

Defakto.az hafta.az-a istinadən xəbər verir ki, bu sözləri hərbi ekspert Üzeyir Cəfərov bildirib.

Onun sözlərinə görə, son vaxtlar elə hadisələr baş verir ki, adam təəccüblənməyə bilmir:

“Əvvəla, hörmətli qazimiz bilir ki, medal, yaxud orden dövlət tərəfindən kimə verilibsə, bu məhz ona məxsusdur. O deyə bilər, “Mənimdir, kefim necə istəyir, elə də edirəm”. Bu adam başa düşməlidir ki, dövlət mükafatı şəxsə ondan necəsə istifadə etmək üçün verilmir. Bu, sadəcə, əmək və zəhmət müqabilində təqdim olunur”.

Polkovnik son zamanlar bəzi qazilərin etdiyi hərəkətlərin onda aqressiya doğurduğunu da təəssüf hissi ilə vurğuladı:

Qazi gərək bir qədər abırlı-həyalı ola, ağır oturub batman gələ

“Axır vaxtlar bəzi qazilərimizin hərəkətləri məndə qıcıq doğurur. Baxırsan ki, mülki üst geyimi geyinib, üzərindən də 2 dənə medal asıb, düşüb şəhərin canına. Ay qardaş, ayıbdır axı. Qazi gərək bir qədər abırlı-həyalı ola, ağır oturub batman gələ. Qazisən deyə, vurub camaatın gözünü çıxarmalısan? Qazisən, Vətən də sənin əziyyətlərini, zəhmətlərini qiymətləndirir”.

Üzeyir Cəfərovun sözlərinə görə, bu gün əməlləri ilə öyünən qazilərin əksəriyyəti döyüşdə olmayanlardır:

“Bu günlərdə guya bir qrup azərbaycanlı qazi Türkiyəyə gedib. Onların içində elə adam gördüm ki, ümumiyyətlə qaziliyə aidiyyəti yoxdur. Misal üçün, nümayəndə heyətinin rəhbəri kimi təxris olunmuş Hərbçiləri Maarifləndirmə İctimai Birliyinin rəhbəri Emin Həsənli. Bu yaxınlarda Rasim Əhmədli adlı “polkovnik” Marmarisdə bələdiyyə sədrindən hədiyyə qəbul edib. Bizim bəzi şəxslər bundan sui-istifadə etməyə başlayıblar. Mən Birinci Qarabağ müharibəsində iştirak etmişəm, polkovnikəm deyə, vurub dağıtmalıyam? Olmaz axı belə şey.

Yoxlasan, onların arasında ciddi döyüşlərdə iştirak etməyənlər var

Ona görə də qazinin medalını hədiyyə etməsi yanlış hərəkətdir. Sən əgər istəyirsənsə aktyora başqa bir şey bağışlayardın. Sənətkar da başa düşməlidir ki, belə şeyləri ictimailəşdirmək olmaz. Medalı dəyərdən salır bu tip addımlar. Əsl qazi heç vaxt döyüldüyünü, vurulduğunu deməyib. Biz Vətəni təmənna ilə sevməmişik. Olmaz, belə hərəkətlər yolverilməzdir. Bəzi qazilər özlərini yığışdırmalıdır. Yoxlasan, onların arasında ciddi döyüşlərdə iştirak etməyənlər var. Döyüş yoldaşlarını itirən adamlar elə hərəkətlər etməzlər”




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir