Bakı metropoliteni qarlı-şaxtalı günlərə hazırdır? – AÇIQLAMA | DEFAKTO.AZ Bakı metropoliteni qarlı-şaxtalı günlərə hazırdır? – AÇIQLAMA – DEFAKTO.AZ

Bakı metropoliteni qarlı-şaxtalı günlərə hazırdır? – AÇIQLAMA

8

Yanvar ayının 14-15-də paytaxtda hava şəraitinin dəyişəcəyi və bəzi yerlərdə qar yağacağı ehtimal edilir. Qarlı-çovğunlu günlər qatarların hərəkətinin təşkilində, sərnişinlərin rahatlığının təmin edilməsində böyük problemlər yarada bilər.

Məsələ ilə bağlı açıqlama verən “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, qarla mübarizə üçün yaradılan qərargah qışa tam hazırdır.

“Qərargah müvafiq avadanlıq, alət və digər materiallarla təmin olunub. İşçilər üçün xüsusi geyimlər, ayaqqabılar və digər fərdi mühafizə vasitələri alınıb. Yol təsərrüfatının qəza-bərpa sahəsi qış şəraitinə tam uyğun vəziyyətə gətirilib.

Stansiyalarda da qış tədarükü görülüb. Güclü qar yağıntısı və şaxtalı hava şəraiti müddətində stansiya pilləkənlərindən qarın təmizlənməsi üçün lazım olan alət ehtiyatı hazırlanıb. Pilləkənlərin buzlaşmasına qarşı hər stansiyanın ehtiyatında duz saxlanılır. Stansiya heyətinə əlverişsiz hava şəraitində, xüsusən qarın yağacağı müddətdə görüləcək işlərlə bağlı təlimatlar verilib”, – deyə qurum rəsmisi bildirib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir